years of experience
Biznes mühitinin ölkədə daha da inkşaf etdiyini və yaranmış münbit şəraitdən biz də yararlanmaq və ölkə iqtisadiyyatında gedən inkşafda kiçik də olsa dəstəyimizin olması məqsədi ilə yola çıxdıq. Turizm, Tikinti və Kənd Təsərrüfatı sahələrinə yatırım etməklə bir neçə istiqamət üzrə inkşaf etmək və fəaliyyət göstərdiyimiz sahələr üzrə ölkə hüdudlarından kənarda da ölkəmizi layiqincə təmsil etməyi qarşımıza məqsəd qoyduq. Qısa müddət ərzində uğurlu bir inkşaf yolu keçdik ve keçirik. İlk olaraq Turizm sektorunda gedən dinamik inkşafda özümüzü sınamaq məqsədi ilə 2015 – ci ildə “Şəbəkə Travel” turizm şirkəti təsis edildi və qısa müddət ərzində ölkənin ən geniş filial şəbəkəsi olan turizm agentliyi kimi tanındı. Fəaliyyət göstərdiyi müddət ərzində əsasən Hüquqi şəxslərə həmçinin də fiziki şəxslərə xidmət göstərməklə uğurlu bir inkşaf yolu keçdik və daha sonradan rebrendinq edilərək “Assistance Tour” kimi davam etdik. 2018 – ci ildə ölkə hüdudlarından kənarda da fəaliyyətimizi genişləndirmək məqsədi ilə “Assiatnce Tour Georgia”nı təsis edərək Tbilisi, Batumi, Kutaisi şəhərlərində filial şəbəkələrini fəaliyyətə başlatdıq. Hal-Hazırda “Assiatnce Tour Azerbaijan” (ATA) və “Assiatnce Tour Georgia” (ATG) Avropa və Asiyadan olan bir neçə tur operatorların Azərbaycan və Gürcüstanda Respublikasında rəsmi tərəfdaşı olaraq fəaliyyətini uğurla davam etdirir. 2017 – ci ildə “Tikinti-quraşdırma işlərinin aparılması”na Dövlət lisenziyası əldə edərək “Assistance Construction” Tikinti şirkətini təsis etdik. Öz sahəsində profesional heyyəti bir araya toplayaraq icra etdiyimiz layihələrdə keyfiyyətimizlə iz qoyduq. İrili xırdalı bir neçə layihə həyata keçirməklə gündən günə inkşaf edirək məqsədimiz sifarişçilərimizin icra etdiyimiz layihələrimizdən tam razı qalmasıdır. “Assistance Construction” 2017 – ci ilə Kənd Təsərrüfatına olan marağımızdan “FruitAz Agro” şirkətini təsis etdik və ölkəmizin gözəl guşələrindən olan Xaçmaz rayonunda İntensiv meyvə bağları saldıq. Beləliklə bir neçə hektar ərazidə “Zıraat 900” sortu olan gilas bağları salındı. İntensiz meyvə bağının məhsulu ölkə daxili olduğu kimi ölkə xarici bazarlara da təklif olunur. Məqsədimiz gələcəkdə meyvə bağlarının genişləndirilməsi və çeşidlərin artırılmasıdır. “Assistance Tour Azerbaijan”, “Assistance Tour Georgia”, “Assistance Constuction”, “FruitAz Agro” şirkətləri “Assistance Group” adı altında birləşərək fəaliyyətlərini uğurla davam etdirirlər.